İlahiyyatçı Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib 17 Yanvar 2017 02:00 Hüquq İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 illik həbs cəzası verilib. / Teqlər : #İlahiyyatçı Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NİDA üzvünə 30 sutka inzibati həbs cəzası verilib Zülfüqar Mikayılov da ağır maddələrlə ittiham olunur - SİYAHI