İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib 14 Oktyabr 2014 01:00 Hüquq Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. / Teqlər : # İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ARDNŞ-in “iş verəni” həbs olundu Azərbaycanda 2 polis əməkdaşı həbs edildi