Limon qabıqlarını ayaqqabının içinə qoyun və... – SADƏ ÜSULLAR 03 Oktyabr 2017 01:00 Sağlamlıq Limonun faydalarını saymaqla bitmir. Lakin limonun mətbəxdən əlavə də istifadə etmək mümkündür. Limonu gündəlik həyatımızda necə istifadə etməklə bağlı faydalı məsləhətlər verir. Limonlu təmizləyici Bir limonun qabığını soyun və onları 150 ml sirkənin içində bir gecə saxlayın. Səhər həmin qarışımı bir sprey şüşəsinə tökün və evinizi təmizləyərkən ondan istifadə edin. Kəsmə taxtasını limonla təmizləyin Kəsmə taxtalarınızı yuyucu vasitə ilə təmizləmək yerinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək, üzərini təmizləyə bilərsiniz. Ağ paltarları limonla yuyun Ağ paltarlarınızı soda və limon suyu qarışımında isladaraq daha da ağarda bilərsiniz. Daha sonra paltarlarınızı paltaryuyan maşında yuya bilərsiniz. Limonla manikür Limon dırnaqlarınızı gücləndirmək üçün mükəmməl bir vasitədir. Bunun üçün ilıq bir suya yarım limon suyunu əlavə edin və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın. Çillərdən limonla azad olun Limonu dəri ləkələrinə və çillərinizə vuraraq onlardan yaxa qurtara bilərsiniz. Bir limonu ikiyə bölün və üzünüzə sürtün. Bir neçə dəqiqədən sonra ilıq su ilə yuduğunuz üzünüzü nəmləndirməyi unutmayın. Əl-üz yuyanınızı limonla təmizləyin Əl-üz yuyanınıza soda səpin və üzərindən limon qabıqları ilə ovalayın. Bu yolla onun necə işıldadığının şahidi olacaqsınız. Ayaqqabı qoxusuna son Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq. (Ailem.az) Teqlər : #Limon qabıqlarını ayaqqabının içinə qoyun və... – SADƏ ÜSULLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəfnə yağının möcüzəvi faydaları Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir