İlin ən uğursuz keçidləri - FOTOSESSİYA

İlin ən uğursuz keçidləri - FOTOSESSİYA

Hər transfer uğurlu olacaq deyə bir qayda yoxdur. Milyonlarla avro ödənilən ulduzlar ya uyğunlaşma problemləri, ya da xarici təsirlərdən gözləniləni verə bilməyiblər. 
 
Maide.Az 2016-cı ilin ən pis 10 transferini təqdim edir.
 
 
10. Luis Nani - "Valensiya" 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Avropa çempionu rütbəsi ilə "Valensiya"ya keçən futbolçu üçün ispanlar "Fənərbağça"ya 8.5 milyon avro ödəyiblər. La Liqaya yaxşı başlayan portuqaliyalı daha sonra enişə keçdi. Son oyunlarda isə ümumiyyətlə, heyətə düşmür.
 
 
9. Qreqorj Krıxovyak - PSJ
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Unay Emerinin sevimli oyunçularından biri olan polşalı onunla bərabər Fransaya köçdü. Ancaq gözlənilənləri heç cür qarşılaya bilməyən Krıxovyak sadəcə 6 oyunda ilk 11-də meydana çıxıb ki, onların da heç birində meydanda sona qədər qala bilməyib. Ümumilikdə isə PSJ forması ilə 16 oyun keçirmiş polşalının qolu və ya məhsuldar ötürməsi yoxdur.
 
 
8. Alvaro Arbeloa - "Vest Hem" 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Hər hansı bir şəkildə olsa da, "Real" kimi bir klubda 7 il qalmaq asan iş deyil. Ancaq 33 yaşlı futbolçunun "Vest Hem"dəki işi heç də yaxşı getmir.
 
Daha əvvəl "Liverpul"da da forma geyinmiş olması onun Premyer Liqada problem yaşamayacağını düşünməyə əsas versə də, cəmi 3 liqa və 1 kubok oyununda forma geyinib.
 
 
7. Simone Zaza - "Vest Hem" 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Sadəcə icarəsi üçün 5 milyon avro ödənən Zazanın Avropa çempionatında boşa verdiyi penaltidən sonra karyerası düşüşə keçdi. 9 Premyer Liqa və 3 Liqa Kuboku oyununda qol və ötürməyə həsrət qalıb. Mövsümün sonunda komandada qalması çətin görünür.
 
 
6. Qabriel Barboza - "İnter" 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Qabiqol kimi də tanınan gənc futbolçu böyük ümidlərlə transfer olduğu "İnter"də "yoxa çıxıb". Sadəcə 3 A seriyası matçında cəmi 23 dəqiqə meydanda olan oyunçunun qolu və ya məhsuldar ötürməsi yoxdur. Qabiqol üçün 30 milyon avro ödənib.
 
 
5. Renato Sançez - "Bavariya" 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Fransada təşkil olunan Avropa çempionatında ulduzu parlayan Sançez 35 milyon avroya "Bavariya"ya transfer oldu. Cəmi 19 yaşında olan Renato 9 Bundesliqa, 5 Çempionlar Liqası və 1 Almaniya Kuboku oyununda heç nə ilə yadda qalmayıb.
 
 
4. Lukas Diyne - "Barselona"
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
16.5 milyona PSJ-dən "Barselona"ya keçən Diyne gözləniləni qarşılaya bilmədi. La Liqada 7-si start heyətində olmaqla 8 oyunda meydana çıxan futbolçu İspaniya Kral Kubokunda da meydana çıxdığı 2 oyunda 1 qol vurub.
 
 
3. Hatem Ben Arfa - PSJ
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
Keçirdiyi ağır zədələrdən sonra "Nitsa"da təkrar ulduzu parlayan futbolçu saman alovu kimi tez söndü. Fransa Liqa 1-də meydana çıxdığı 14 matçda sadəcə bir qol ötürməsi ilə yadda qalıb.
 
 
2. Xese - PSJ 
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
"Real" ehtiyat bombardirini buraxmamaq üçün çox cəhd etsə də, Xese getməkdə israr etdi. 25 milyon avroya satılan futbolçunun müqaviləsində hətta "Real"ın icazəsi olmadan "Barselona"ya satıla bilməz maddəsi də var. İndiki çıxışı ilə katalonların Xeseni almaq istəməsi heç gözlənilən də deyil - 9 oyunda sadəcə 1 qol.
 
 
1. Pako Alkaser - "Barselona"
 
İlin ən uğursuz keçidləri - FOTOSESSİYA
 
30 milyon avroya "Valensiya"dan "Barselona"ya keçən ispan futbolçu sözün əsl mənasında fiasko yaşadı. La Liqada sadəcə 2-si start heyətində olmaqla 7 matçda forma geyindi və heç nə ilə yadda qalmadı. Çempionlar Liqasında bir məhsuldar ötürmə, İspaniya Kubokunda isə cəmi 1 qolu var. (apa) /

Google+ WhatsApp ok.ru