Lionel Messi 4 oyunluq cəzalandırılıb

Lionel Messi 4 oyunluq cəzalandırılıb

Buna hücumçunun Çili yığması ilə 2018-ci il dünya çempionatının seçmə matçında hakimi təhqir etməsi səbəb olub
 
Argentina milli komandasının futbolçusu Lionel Messi 4 oyunluq cəzalandırılıb.
 
"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 30 yaşlı hücumçunun Çili yığması ilə 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə matçında hakimi təhqir etməsi səbəb olub.
 
Ona 10 min İsveçrə frankı məbləğində cərimə də kəsilib. Cəza yalnız yığmanın rəsmi oyunlarına şamil olunacaq.
 
Messi bu gecə Boliviya ilə seçmə qrup matçını buraxacaq. Təcrübəli forvard cəzasının qalan hissəsini Uruqvayla səfər, Venesuela və Peru ilə ev oyunlarında da çəkəcək. O, yalnız son turda Ekvadorla oyunda iştirak edə biləcək.
 
Qeyd edək ki, Lionel Messi Çilini 1:0 hesabı ilə yendikləri matçın 16-cı dəqiqəsində şübhəli penaltini qola çevirib. Oyundan sonra o, sərt formada braziliyalı baş hakim Sandro Rikkiyə yüksək tonda iradlarını bildirib. Bu epizod görüşün yayımı zamanı da ekranlara gəlib. FİFA hakimlər briqadasına sorğu göndərsə də, ədalət təmsilçilərinin hamısı onlara qarşı təhqirin olmadığını iddia ediblər. Bununla belə, FİFA hakimlərin yolverilməz davranışı təsdiqləmədikləri halda da cəzalandırmaq hüququna malikdir. Məhz bu hüquqdan yararlanan ali futbol qurumu Messiyə ağır cəza verib. 
 
Argentinalı hücumçu cari seçmə tsikldə 4 qol vurub. /

Google+ WhatsApp ok.ru