Ölkə səhiyyəsini mövcud durumdan çıxartmaq üçün nə lazımdır? - Sorğu

Ölkə səhiyyəsini mövcud durumdan çıxartmaq üçün nə lazımdır? - Sorğu

Son günlər ölkə xəstəxanalarına çox acı hadisələrin şahidi oluruq. Dünyanın heç bir yerində müşahidə olunmayan acınacaqlı durum ölkə xəstəxanalarında görülür. Xəstəxanada işığın sönməsi və üstəlik xəstəxananın generatorunun da işləməməsi iki uşağın tələf olmasına səbəb olub, səhvən sağlam ayağın kəsilməsi və s. kimi ağlasığmaz hadisələr ictimaiyyəti ciddi olaraq narahat edir. İnsanlar adi xəstəliyi ilə bağlı belə xəstəxanalara üz tutmağa ehtiyat edirlər. Bəziləri bu durumun düzəlməsi üçün təhsilin düzəldilməsinin zəruriliyini vurğulayırlar. Digərləri isə bütün xəstəxanaların texniki avadanlıqlarının müsair səviyyəyə gətirilməsinin zəruriliyini qeyd edirlər.
 
Mövzu ilə bağlı vəkil Aslan İsmayılov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu problemləri maddi tələbatla bağlamaq düzgün deyil: “Ölkədə nə səhiyyə sistemində, nə təhsil sistemində müşahidə olunan problemlərin heç biri maddi məsələlərə bağlı deyil. Bu problemləri maddi tələbatla bağlamaq düzgün deyil. Ölkədə baş alıb gedən problemlərin mütləq əksəriyyəti sistemlə bağlıdır. Ölkədə idarəetmə sistemi bu cür səhiyyənin, təhsilin olmasını tələb edir. Çünki, normal təhsil, səhiyyə olarsa heç vaxt bu cür hökumət hakimiyyətdə qala bilməz”.
 
Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bütün baş verənlər Azərbaycan hökumətinin təhsilə, səhiyyəyə, mədəniyyətə və s. sahələrә olan etinasız münasibətinin nümunəsidir: “Səhiyyə sistemi vasitəsi ilə kimsə zərər görürsə bu tək səhiyyənin deyil, elə təhsilin də günahıdır. Təhsilin bu günki durumu isə təhsilə olan münasibətin nəticəsidir. Bütün baş verənlər Azərbaycan hökumətinin təhsilə, səhiyyəyə, mədəniyyətə və s. sahələrә olan etinasız münasibətinin nümunəsidir. Bu münasibətin özü Azərbaycan hakimiyyətində dəqiq siyasətin olmamasından xəbər verir. Belə bir deyim var ki, hakimiyyət yalnız izahını verə bildiyi addımları ata bilər. Təəssüf ki, ən böyük bəlalardan biri odur ki, hakimiyyət apardığı siyasətində xalqa izah olunmalı bir çox məsələlərə cavab verimir, susur. Bu baxımdan ölkədə bu cür hadisələr mütəmadi olaraq artan xətlə davam edəcək”.
 

Google+ WhatsApp ok.ru