İlkin Rüstəmzadə karserə salınıb

Həbsdə saxlanan “Nida”çı gənc İlkin Rüstəmzadə karserə salınıb. Noyabrın 27-də Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkil Xalid Bağırov “Media forum” saytına belə məlumat verib.
 
İlkin Rüstəmzadə ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə birgə həbs olunub. Gənclər əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.
 
Vəkil “Media forum”a açıqlamasında deyib ki, məhbus mediada İnsan Hüquqları üzrə Birgə Qrupun fəaliyyətini pisləyən yazı ilə çıxış edib: “Bu yazıdan sonra onun qaldığı kamerada axtarış aparılıb. Çörək doğramaq üçün istifadə edilən bıçağı qeyri-qanuni saxlanan kəsici alət kimi qələmə verərək onu 7 gün müddətinə karserə salıblar. Artıq 4-cü sutkadır karserdə saxlanır”.

Google+ WhatsApp ok.ru