İlqar Məmmədov tibbi məntəqəsinə yerləşdirilib

“ReAl” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib.
 
Hərəkatdan Maide.az-a verilən məlumata görə, İ. Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat verib. Bu gün əldə olunan məlumata görə, İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya məlumatı nə təsdiq, nə də təkzib ediblər.
 
Şöbədən məhbuslarının yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyaları ictimaiyyətə açıqlanmaq hüququna malik olmadıqlarını bildiriblər.

Google+ WhatsApp ok.ru