Luçesku rəsmən `Zenit`də

"Şaxtyor"dan ayrılan Mirça Luçesku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
 
Qol.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis yeni mövsümdən "Zenit"i çalışdıracaq.
 
Klubun rəsmi saytı Luçesku ilə iki illik müqavilə imzalandığını açıqlayıb. Onun yeni klubunda illik 5 milyon avro qazanacağı iddia edilir.
 
Qeyd edək ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran Luçesku Donetks təmsilçisi ilə 8 dəfə Ukrayna Premyer Liqasını, 6 dəfə ölkə kubokunu və 1 dəfə UEFA kubokunu qazanıb. /

Google+ WhatsApp ok.ru