Məni tək buraxma, nə olar

Dedim: Bu qədər ağrı acı nədən?
Dedi: «انَّ مع العسر یسرا» Hər bir çətinlikdən sonra bir rahatlıq vardır.  (انشراح/6)   İnşirah/6.
 
Dedim: Həqiqətən?!
Dedi: «فإنَّ مع العسر یسرا» Yəqinən hər çətinlikdən sonra bir rahatlıq vardır.(انشراح/7) İnşirah/7.
 
Dedim: Axı çox yorulmuşam...
Dedi: «لاتـقـنطوا من رحمة الله» Mənim rəhmətindən ümüdünüzü kəsməyin. (زمر/53) Zumər/53.
 
Dedim: Sanki məni unutmusan..
Dedi: «اذکرونی اذکرکم» Məni xatırlayın, mən də sizi xatırlayım.
 
Dedim: Nə qədər Səbr etməliyəm?!
Dedi: « وَ ما یدریک لَعلَّ السّاعة تکون قریبا» Nə bilirsən, vədə verilmiş gün bəlkə də yaxındır. (احزاب/63) Əhzab/63. «انّی اعلم ما لاتعلمون» Mən biləni siz bilməzsiniz. (بقره/ 30) Bəqərə/30.
 
Dedim: Sən böyüksən, mənim kimi kiçiklərdən çox uzaqlardasan, o zamana qədər nə edim bəs?
Dedi: « و اتّبع ما یوحی الیک و اصبر حتی یحکم الله» Sənə vəhy etdiyim ayələrə itaət et və Səbr ilə gözlə. (یونس/ 109) Yunus/109.
 
İxtiyarsız dedim: الهی و ربّی من لی غیرک İlahi, səndən başqa kimsəm yoxdur..
Dedi: «الیس الله بکاف عبده» Mən sənin üçün kifayət deyiləmmi?! (زمر/36) Zumər/36.
 
Fariz Xammədli

Google+ WhatsApp ok.ru