Məhkəmələrə göndərilən cinayət işləri əsasən bank, özəl və tikinti sektorları ilə bağlıdır

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq məhkəmələrə göndərilən cinayət işlərinin daha çox hansı sahələri əhatə etdiyi açıqlanıb.
 
Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib ki, birinci yerdə 15 cinayətlə (30 şəxs barədə) banklar gəlir.
 
İkinci yeri 11 cinayətlə (17 şəxs barədə) özəl sektor, üçüncü yeri 10 cinayətlə (21 şəxs) tikinti sektoru tutur. Növbəti yerlərdə müvafiq olaraq 11 cinayətlə (11 şəxs barədə) ticarət, 6 cinayətlə (13 şəxs barədə) təhsil, 6 cinayətlə (6 şəxs barədə) səhiyyə, 3 cinayətlə (9 şəxs barədə) kənd təsərrüfatı, 3 cinayətlə (4 şəxs barədə) bələdiyyələr, 3 cinayətlə (3 şəxs barədə) yerli icra hakimiyyəti orqanları gəlir.

Google+ WhatsApp ok.ru