Məhərrəm Əliyevin “Azpetrol” işçisini “pulda basdıran” qohumunu azadlığa buraxdılar

APA xəbər verir ki, Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar inzibati qaydada cəzalandırılıblar.
 
Məlumata əsasən Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizovun və Mahir İsgəndərovun barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
 
"Virtualaz" isə bildirir ki, İsa Əzizov və Mahir İsgəndərovun barəsində çıxarılan inzibati həbs qərarı apellyasiya şikayəti əsas götürülərək icra edilməyib və generalın Bakının mərkəzində bespredel  törədən yaxın qohumu hazırda azadlıqdadır.

Google+ WhatsApp ok.ru