Məhkəmə ANS-in şikayətini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib. MTRŞ-nin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
 
T. Mirzəzadənin sözlərinə görə, MTRŞ ANS ÇM radiosunda reklam vaxtına əməl olunmaması ilə bağlı yayım şirkətinin cərimələnməsi barədə qərar qəbul edib. Lakin həmin qərarlarla razılaşmayan şirkət Səbail rayon Məhkəməsinə müraciət edib. Müraciətdə işə xitam verilməsi istənilib. Məhkəmə ANS-in iddiasını qismən təmin edərək, qərarı yenidən baxılması üçün MTRŞ-ya qaytarıb. Apellyasiya şikayəti həmin qərardan verilib. 

Google+ WhatsApp ok.ru