Məsud Rzalı azadlıqda 30 Avqust 2016 01:00 Hüquq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalının avqustun 29-da azadlığa buraxıldığı bildirilir. Bu barədə AXCP-yə istinadən azadliq.info xəbər yayıb. M.Rzalının avqustun 12-də saxlandığı, polisə müqavimətdə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası aldığı bildirilirdi. Ancaq onun vaxtından əvvəl buraxılmasının səbəbi izah edilmir. M.Rzalı saxlanarkən partiya yoldaşları bunu onun sosial şəbəkələrdəki statusları ilə izah etmişdilər Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Daha bir neçə partiya fəalı inzibati qaydada həbs edilib. Partiya onların həbsini siyasi sifariş sayır. Azərbaycanda rəsmiləri isə ölkədə siyasi həbslərin olmadığını bildirirlər. / Teqlər : #Məsud Rzalı azadlıqda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eldar Mahmudovun daha bir `akula`sı üzə çıxdı - Kriminal çetenin önəmli adamı kimdir? Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb