Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun düşərgəsinə qayıdıb.
 
O, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində “Adana Dəmirspor”la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.
 
Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.
 
Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir.

Google+ WhatsApp ok.ru