İMAM HƏSƏN (Ə) VƏ İMAM HÜSEYNİN (Ə) BAŞINA NƏLƏR GƏLDİ 20 Oktyabr 2014 01:00 İslam dünyasının bugünkü acınacaqlı vəziyyəti həmişə bizi narahat etmişdir. Hər bir müsəlmanın ürəyini ağrıdan, müsəlmanların bu böhranlı vəziyyətə düşməsinin amillərini tapmaq bizi vadar edir ki, onların həqiqi səbəblərini araşdıraq. Müsəlmanlar üçün bu vəziyyətin meydana gəlməsinin uzun tarixi kökləri vardır. Uzun və genişmiqyaslı tədqiqatlar bu vəziyyətin araşdırılmasında bizə kömək edə, müsəlmanların daha parlaq və gözəl gələcəyə doğru irəliləyişləri üçün yol göstərə bilər. Bu səbəblərin araşdırılmasından aydın olur ki, müsəlmanlar rəhbərlik məsələsi barəsində inhirafa yuvarlandıqları vaxtdan etibarən belə bir təəssüfləndirici, böhranlı vəziyyətə düçar olmuşlar. Biz sözügedən məsələni şiə nöqteyi-nəzərindən təhlil edirik. İslam tarixindən məlum olur ki, rəhbərlik məsələsində ilk inhiraf Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra yaranmışdır. Biz bu məsələni Əli (əleyhis-salam)-ın başına nələr gəldi kitabında araşdırmışıq. İndi isə İslam tarixinin o Həzrətin şəhadətə çatmasından sonra, yəni İmam Həsən və İmam Hüseyn (əleyhiməs-salam)-ın həyatı dövrünə təsadüf edən 40-60-cı hicri illər dövründə araşdırırıq. İndi isə əziz oxuculara müqdə verə bilərik ki, böyük Allahın köməyi ilə bu araşdırma və təhqiqat İmam Həsən Əsgəri (əleyhis-salam)-ın dövranına qədər, sonra iisə İmam Zaman (əleyhis-salam)-ın qeybət zamanından müasir dövrə qədər davam edəcəkdir. kitabını yükləyin - İMAM HƏSƏN (Ə) VƏ İMAM HÜSEYNİN (Ə) BAŞINA NƏLƏR GƏLDİ Etiketler : #İMAM,#HƏSƏN,#(Ə),#VƏ,#İMAM,#HÜSEYNİN,#(Ə),#BAŞINA,#NƏLƏR,#GƏLDİ, Facebook Twitter Google+ WhatsApp ELM İŞIĞI İMAM MƏHDİ (Ə) BARƏSİNDƏ TƏHQİQAT