'Mançester Siti' klubu avstraliyalı futbolçu transfer edib

'Mançester Siti' klubu avstraliyalı futbolçu transfer edib

İngiltərənin "Mançester Siti" klubu heyətini avstraliyalı futbolçu ilə gücləndirib. 

 Avstraliya yığmasının yarımmüdafiəçisi Aaron Muy bundan sonra "şəhərlilər"in uğuru üçün çalışacaq.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qarşılığında isə Mançester təmsilçisinin iki futbolçusu - Antoni Kakeres və Luke Brattan yeni mövsümü icarə əsasında Muyun çıxış etdiyi "Melburn" komandasında keçirəcək.

Qeyd edək ki, Muy son mövsüm Avstraliyanın ən yaxşı oyunçusu seçilib. (report)

Google+ WhatsApp ok.ru