`Mançester Yunayted` İngiltərə Superkubokunun sahibi olub

`Mançester Yunayted` İngiltərə Superkubokunun sahibi olub

"Mançester Yunayted" klubunun futbolçuları İngiltərə Superkubokunun qalibi olublar. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" bu titul uğrunda mübarizədə futbol üzrə hazırkı İngiltərə çempionu "Lester"i məğlub ediblər.
 
Görüş 2:1 hesabı ilə "MY"nin xeyrinə başa çatıb.
 
Qalib komandanın heyətində Cessi Linqard və Zlatan İbrahimoviç fərqlənib. Rəqib komandanın qolunu da "MY"nin yarımmüdafiəçisi Cessi Linqard vurub.
 

Google+ WhatsApp ok.ru