Mançini `Qarabağ`la oyuna ikinci heyəti gətirir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" tam heyətlə gəlməyəcək.
 
Baş məşqçi Roberto Mançini 7 əsas heyət oyunçusunu ölkəmizə gətirməyəcək.
 
İtalyan məşqçi onlar üçün heç bir əhəmiyyət daşımayan Bakıdakı oyun zamanı aparıcı futbolçularına istirahət vermək istəyir. Bu səbəbdən də o, Samir Handanoviçi, Andrea Ranokkyanı, Xuan Xesusu, Yan Mvilanı, Yuqo Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirməyəcək.
 
Qeyd edək ki, "Qarabağ"la "İnter" dekabrın 11-də qarşılaşacaq.

Google+ WhatsApp ok.ru