Maradona: “FİFA-da anarxiya hökm sürür”

Beynəlxalq Futbol Federasiyası Assosiasiyasında (FİFA) anarxiya hökm sürür.
 
Bunu əfsanəvi argentinalı futbolçu  Diego Maradona bəyan edib.
 
“Futbol dünyasında hamıya bəllidir ki, FİFA-da anarxiya hökm sürür. Bunun günahkarı isə heç nədən xəbəri olmayan Yozef Blatterdi. Məhz bu səbəbdən mən qurumun prezidenti postuna İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm”, deyə Maradona bildirib.
 
Qeyd edək ki, FİFA qurumun prezidenti seçkiləri üçün dörd nəfərin namizədliyini təsdiqləyib. Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn, Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu və Niderland Futbol Federasiyasının  prezidenti Mixael van Praaqdır. FİFA prezidentliyinə növbəti seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Google+ WhatsApp ok.ru