Masallı icra başçısı jurnalisti yenidən məhkəməyə verdi

Masallı icra başçısı jurnalisti yenidən məhkəməyə verdi

Cenubnews.com xəbər verir ki, Masallı rayon icra başçısı Rafil Hüseynov əməkdaşımız Mirələm Həşimovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə yenidən məhkəməyə verib. 
 
Məhkəmə 31 oktyabr 2016-ci il tarixində Masallı rayon Məhkəməsində Hakim Anar Alməmmədovun sədirliyi ilə keçiriləcək. 
 
Məhkəməyə verilmiş 1 məqalədə dərc olunan xəbəri sizə təqdim edirik:
 
"Masallıda pensiya alanlar etiraz etdi,yol bağlandı" başlıqıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov heç bir şəxs təhqir olunmayıb. 
 
Xəbər linki: http://cenubnews.com/19701-masallida-pensiya-alanlar-etiraz-etdiyol-baglandi-video.html 
 
 
Məlumat üçün qeyd edək ki, "26 may 2016-cı il tarixdə Şirvan Apellyasiya məhkəməsində iddiaçı Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun cavabdehi, Cenubnew.com İnternet Qəzetinin baş redaktoru Mirələm Həşimova qarşı verdiyi iddia ərizəsi üzrə Apellyasiya şikayətinə baxıldı. Həmin iddia ərizəsinə uyğun olaraq, iddiaçı cavabdehdən onun barəsində yaydığı 3 xəbərin təkzib olunmasını və (5000) ona beş min manat kampensasiya ödənilməsini tələb etmişdi. Masallı rayon məhkəməsi iddianı qismən təmin edib, xəbərlərin təkzib olunmasını və iki min manat kampensasiya ödənilməsi vəzifəsini Cenubnews.com saytının baş redaktoru Mirələm Həşimovun üzərinə öhdəlik qoymuşdu. Mirələm Həşimov həmin qətnamədən Apellyasiya şikayəti verib. Həmin Apellyasiya şikayətinə baxılması nəticəsində Şirvan Apellyasiya məhkəməsi şikayəti qismən təmin edərək kampensasiya məbləğini (2000) iki min manatdan (500) beş yüz manata endirdi".
Qətnamə qalan hissədə qüvvədə saxlanıldı.
Cenubnews.com xəbər verir ki,Mirələm Həşimovun nümayəndəsi Səməd Rəhimli və vəkili Cavad Cavadov tərəfindən həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
 

Google+ WhatsApp ok.ru