Müdafiə Nazirliyi Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib

Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
 
Nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.   

Google+ WhatsApp ok.ru