Messi `Barselona` üçün 500-cü qolu vurdu

Messi `Barselona` üçün 500-cü qolu vurdu

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində  500-cü qolunu vurub.
 
APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu  çərçivəsində "Sevilya" ilə oyunda baş verib.
 
Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.
 
"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
 

 

Google+ WhatsApp ok.ru