Messiyə 280 milyon avro qiymət qoyuldu

Lionel Messinin transfer qiyməti 280 milyon avro dəyərində qiymətləndirilib. 
 
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) ekspertləri “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messini futbol tarixinin ən bahalı futbolçusu adlandırıb.
 
Messinin transfer qiyməti 255,3 - 280,8 milyon avro intervalında qiymətləndirilib. 
 
Reytinqdə ikinci yeri “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azar tutub. Onun dəyəri 135,4 milyon avrodan 148,9 milyon avroyadəkdir.
 
Üçüncü yerdə “Real”ın lideri Kriştiano Ronaldodur: 113,3 milyon avrodan 124,7 milyon avroyadək.
 
Onluğa həmçinin Neymar, Serxio Aquero, Raxim Sterlinq, Pol Poqba, Diyeqo Kosta, Aleksis Sançes və Xames Rodriges daxildirlər.

Google+ WhatsApp ok.ru