Metroya bomba qoyacağını deyən şəxs 5 il azadlıqdan məhrum edilib

Metroya bomba qoyacağını deyən şəxs 5 il azadlıqdan məhrum edilib

 
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Fəqani Hüseynovun məhkəməsi başa çatıb.
 
Verilən məlumata görə, məhkəmənin hökmü ilə F. Hüseynov 5 il müddətə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102" xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İmişli rayon sakini, 1977-ci il təvəllüdlü F. İsmayılov olduğu müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. (apa) /

Google+ WhatsApp ok.ru