Meydan TV-nin əməkdaşı saxlanıldı

Oktyabrın 12-də saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə gedən Meydan TV-nin əməkdaşı, jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb.
 
Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, hazırda 3-cü polis bölməsinə aparılır: “Şəxsiyyət vəsiqəmi itirmişəm. Yenisini almaq üçün ödəniş etmişəm, bu gün götürməli idim. Adımın qarşısında “saxlanmalı” yazıldığı üçün ASAN Xidmət məni polisə təhvil verir. Hazırda Sumqayıtdakı 3-cü polis bölməsinə aparılıram”  azadliq.info /
 

Google+ WhatsApp ok.ru