Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər yenidən MCMBİ-yə çağırılıblar 22 Sentyabr 2015 01:00 Hüquq Meydan TV internet televiziyası ilə əməkdaşlıq edən jurnalistlər Sevinc Vaqifqızı, İzolda Ağayeva və Aytən Fərhadova bu gün sentyabrın 22-də yenidən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıblar. Onlar idarəyə hüquqi nümayəndələri Namizəd Səfərovla birlikdə gediblər. Dindirildikdən sonra sərbəst buraxılıblar. Qeyd edək ki, qızlar sentyabrın 20-nə keçən gecə də Kiyevdən qayıdarkən saxlanılıb və 12 saatdan sonra sərbəst buraxılıblar. Onlara Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı sorğu-sual ediliblər. Teqlər : #Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər yenidən MCMBİyə çağırılıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlqar Məmmədova telefonla danışmaq qadağan edilib Generalın adam bıçaqlayan oğlu məhkəməyə verilib