Millimiz Bosniya və Herseqovinaya məğlub olub

Millimiz Bosniya və Herseqovinaya məğlub olub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Bosniya və Herseqovinaya məğlub olub
 
Millinin yeganə qolunu Murad Xaçayev vurub
 
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Verilən məlumata görə, 5-ci qrupda yer alan yığmanın rəqibi Bosniya və Herseqovina komandası olub. Qarşılaşma Nazim Süleymanovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin yeganə qolu Murad Xaçayevin aktivinə yazılıb. Avstriya ilə keçirilmiş ilk oyunda qırmızı vərəqə alan Elvin Dəmirov bu görüşdə meydana çıxmayıb.
 
Beləliklə, Avstriyaya 1:4 hesablı məğlubiyyətin ardından, Süleymanovun komandası yenidən uduzaraq, sonuncu pillədə qərarlaşıb. Bosniya və Herseqovina 2 oyundan 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. 2-ci turun digər oyununda Avstriya və Litva milliləri üz-üzə gələcək. Oktyabrın 9-da Azərbaycan - Litva, Bosniya və Herseqovina - Avstriya görüşləri keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. (report) /
 
Avropa çempionatı, seçmə mərhələ, II tur
15:00. Bosniya və Herseqovina - Azərbaycan - 2:1
Qol: Amar Suljiç, 39. Benjamin hadziç, 81 - Murad Xaçayev, 68
Baş hakim: Conatan Lardot (Belçika)
Yan xətt hakimləri: Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva)
Dördüncü hakim: Manfredas Lukyansiukas (Litva)
Mariyampole. "Mariyampole" klubunun stadionu.

Google+ WhatsApp ok.ru