Millimiz FİFA reytinqində 2 pillə gerilədi 24 Noyabr 2016 02:00 İdman FİFA yeni reytinq cədvəlini açıqlayıb. Sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib. Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb. Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb. Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq dünyanın 90-cısıdı. Nəticədə komandamızı iki yığma – Qətər və Ermənistan millimizi arxada qoyub. Millimiz və “qonşular”ı 84 (74). Farer adaları - 422 84 (81). Norveç - 422 86 (76). Liviya – 417 87 (125). Ermənistan – 412 88 (91). Qətər - 409 89 (85). Keniya - 397 90 (88). Azərbaycan - 386 91 (93). Toqo – 374 91 (94). Zambiya – 374 93 (101). Finlandiya – 368 94 (96). Suriya – 363 95 (80). Boliviya - 359 Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib. İlk “onluq” 1 (1). Argentina – 1634 2 (3). Braziliya – 1544 3 (2). Almaniya – 1433 4 (6). Çili – 1404 5 (4). Belçika – 1368 6 (5). Kolumbiya – 1345 7 (7). Fransa – 1305 8 (8). Portuqaliya – 1229 9 (9). Uruqvay – 1187 10 (10). İspaniya – 1166 Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə San-Marino 1, Çexiya və Şimali İrlandiya 3 pillə geriləyib. Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib. DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 3 (2). Almaniya – 1433 32 (36). Şimali İrlandiya - 767 43 (40). Çexiya - 671 84 (81). Norveç - 422 202 (201). San-Marino – 17 Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən “ay-ulduzlular” 851 xala malikdi. (apa) / Teqlər : #Millimiz FİFA reytinqində 2 pillə gerilədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında V tura yekun vurulub - VİDEO Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub