Millimizin futbolçusu `Bavariya`da

Millinin oyunçusu Barış Ekincier karyerasını Almaniya nəhəngi "Bavariya"da davam etdirə bilər.

Maide.Az "Bundesliga"-ya istinadən xəbər verir ki, millimizin futbolçusu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Barış Ekincier karyerasını Almaniya nəhəngi "Bavariya"da davam etdirə bilər. 

1999-cu il təvəllüdlü yarımmüdafiəçinin çıxışını Münhen təmsilçisinin skautları Bakıda keçirilən Avropa çempionatı zamanı bəyənib.

Bu səbəbdən futbolçunun ailəsi də Bakıya təşrif buyurub və tərəflər arasında danışıqlar davam edir. Avropa çempionatından sonra isə transferin rəsmiləşmə ehtimalı yüksəkdir. Razılıq əldə olunacağı halda Barış özünü sübut edənə qədər "Bavariya"nın əvəzedici komandasında çıxış edəcək.

Qeyd edək ki, Barış Ekincier hazırda Almaniyanın "Rot - Wies Essen" klubuna məxsusdur. /

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru