Mingəçevir polis zabiti həbs olunub

Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan-ın  sorğusuna cavabında bildirib.
 
Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Google+ WhatsApp ok.ru