Mourinyo – Qvardiola: yeni duelin vaxtı açıqlandı

Mourinyo – Qvardiola: yeni duelin vaxtı açıqlandı

2016/17 mövsümündə ilk Mançester derbisinin vaxtı açıqlanıb.
 
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Mançester Yunayted”lə “Mançester Siti” arasında ilk matç sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək.
 
Qeyd edək ki, bu, “Mançester Yunayted” və “Mançester Siti”nin yeni baş məşqçiləri – Joze Mourinyo ilə Xosep Qvardiolanın İngiltərə Premyer Liqasında bir-birilərinə qarşı ilk oyunu olacaq.
 
Sonuncu dəfə bu məşqçilərın qarşılaşması 2013-cü ilin avqustun 30-da, “Bavariya”nın “Çelsi”yə penaltilər seriyasında qalib gəldiyi UEFA superkubokunun oyununda olmuşdu. /

Google+ WhatsApp ok.ru