Müsavat başqanının müavininin vəsatəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin şikayətinə ilkin baxış keçirilib.
Vəkil Nemət Kərimli deyib ki, prosesdə bir neçə vəsatət qaldırıblar: "Fərəc Kərimli barədə seçilən həbs qərarının dəyişdirilməsi, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılması, şahidlərin yenidən dindirilməsi haqda vəsatətlər verdik. Amma hakim vəsatətləri təmin etmədi". 
Proses iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, F.Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru