Mövsüm Səmədov karserdən çıxarıldı

AİP lideri Mövsüm Səmədov karsdan çıxarılıb. Bu barədə AzadXeber.az-a Mövsüm Səmədovun yaxınları məlumat verib. Hazırda doktor Səmədovun karantində olduğu bildirilir. Partiya lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilmişdi.
 
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 

Google+ WhatsApp ok.ru