Mövsüm Səmədov bu gün Qobustana köçürülür

Bir neçə gün bundan öncə Bakı Apellyasiya Məhkəməsində vicdan məhbusu olan AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib.
 
Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı təqdimatına əsaslanaraq məhbusun 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) keçirilməsi qərarını çıxarıb.
 
AİP sədri barəsində noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində qapalı rejimə köçürülməsi haqda qərar sabah icra ediləcək.
 
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

Google+ WhatsApp ok.ru