Mövsüm Səmədovun həbsxana rəisinin otağında keçirilən məhkəmə prosesi təxirə salınıb - VİDEO - YENİLƏNİB

Mövsüm Səmədovun həbsxana rəisinin otağında keçirilən məhkəmə prosesi təxirə salınıb - VİDEO - YENİLƏNİB

Bu gün 12 saylı CÇM-də AİP lideri Mövsüm Səmədovun Qobustan Qapalı Tipli Həbsxanasına göndərilməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
 
 Məhkəmə Qaradağ Rayon Məhkəməsinin hakimlərinin iştirakı ilə baş tutub. Məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Məhkəminin təxirə salınmasının səbəbi isə vəkil Yalçın İmanovun məhkəmə prosesinin həbsxana rəisinin otağında keçirilməsinə etiraz etməsi və bununla bağlı qaldırdığı vəsatət olub. Vəsatət hakimlər tərəfindən qəbul edilib və növbəti məhkəmə prosesi iyun ayının 14-ü saat 12-ə qədər təxirə salınıb.  
 
Bu barədə “İslaminSesi”nə açıqlama verən vəkil Yalçın İmanov qeyd etdi ki, Mövsüm Səmədov özü də məhkəmə prosesində çıxış edib və həbsxana rəisi tərəfindən verilən təqdimatın tamamilə əsassız və böhtan xarakerli olduğunu söyləyib.
 
Qeyd edək ki, Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilməmişdən öncə 2 il müddətinə Qapalı Tipili Təcridxanada saxlanılmışdı. O, ayağında olan varikoz xəstəliyindən əziyyət çəkir və qapalı şəraitində onun saxlanılması onun səhhəti üçün ziyandır.
 
Xatırladaq ki, Mövsüm Səmədova dəstək üçün AİP rəhbərliyi və funksionerləri 12 saylı CÇM-nin qabağına yığışıblar.
***
 
Ötən həftə AİP lideri Mövsüm Səmədovun Qobustan qapalı tipli təcridxanaya göndərilməsi ilə bağlı məhkəmə prosesinin bu gün keçirilməsi barədə qərar verilmişdi.
 
Dövlət ittihamçısı həmin məhkəmə prosesində M.Səmədova 3 il cəza istəsə də, hakim prosesi bu günə təxirə salmışdı. 
 
Hazırda Qobustan qapalı həbsxanasında Səmədovun vəkili Yalçın İmanovun iştirakı ilə məhkəmə prosesi keçirilir.
 
AİP-in sədr əvəzi Hacı İlham Əliyev və bir bir neçə partiya funksioneri də həbsxana qarşısında məhkəmənin qərarını gözləyir.  
 
Qeyd edək ki, M.Səmədov varikoz xəstəliyindən əziyyət çəkir və səhhətindəki problemlər onun qapalı tipli müəssisədə cəza çəkməsinə imkan vermir. (faktxeber) /
 
 
 

Google+ WhatsApp ok.ru