NƏSİHƏTLƏR

NƏSİHƏTLƏR

Əgər dünyanın bütün müsəlmanları və Quran ardıcılları dini məsələlər sahəsində düzgün addım atsaydılar, onların ictimai və dini vəziyyətləri indikindən qat-qat yüksək səviyyədə olardı. Elə indinin özündə də bu barədə qəti qərara gəlib fəaliyyət göstərməyə başlasalar, keçmişdə buraxılmış səhvlərin və üz verən zərərlərin müəyyən miqdarını aradan qaldırmış və xoşbəxt gələcəyə, uğurlu səadətə nail olarlar. Buna görə də lazımdır ki, dünya müsəlmanları – hörmətli ruhanilər, din və mədəniyyət xadimləri, tutmuş cəmiyyətin hər bir təbəqəsinin dindar nümayəndələrinə qədər hər bir kəs öz növbəsində dinin təbliği və genişlənməsi yolunda addım atsınlar; haqq dinlərinə rəvac verib öz ictimai vəziyyətlərini yaxşılaşdırmaq yollarını öz batil əqidələrini təbliğ edib yaymağa çalışanlardan öyrənməklə, əldən vermiş səadət və başucalıqlarını yenidən ələ gətirsinlər, uğurlu və xoşbəxt gələcəyə nail olsunlar.

Google+ WhatsApp