Nanəli çayın faydaları

Nanəli çayın faydaları

Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir.

Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var:

- sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir

- baş ağrılarını götürür

- miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırr

- yuxusuzluq zamanı kömək edir

- həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır

- ürəkbulanması zamanı yaxşı kömək edir

- soyuqdəymə və zökəm zamanı faydalıdır

- ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir - damarları  genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır

- nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir - menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir.

Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar.

Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz.

 

Google+ WhatsApp ok.ru