Nardaran hadisələrinə görə həbs edilən daha 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb - SİYAHI

Nardaran hadisələrinə görə həbs edilən daha 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb - SİYAHI

İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək
 
Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
 
"Report" xəbər verir ki, 3-cü qrupda təqsirləndirilən 12 nəfərin cinayət işi araşdırılıb.   
 
Bunlar  ilahiyyatçı Zülfüqar Mikayılov,  ilahiyyatçı Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevdir.
 
Həmin şəxslərin cinayət işinin ibtidai istintaqı başa çatıb. İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. /

Google+ WhatsApp ok.ru