`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

`Nardaran işi` üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Eldar Bünyadov və Elxan Həsənovun vəkilləri müdafiə çıxışı ediblər.
 
Hər iki vəkil müvəkkillərinin günahsız olduqlarını və onların barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

Google+ WhatsApp ok.ru