Natiq Kərimova və İnqilab Əhədova hökm oxunub

Natiq Kərimova və İnqilab Əhədova hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İ.Əhədova isə 5 il həbs cəzası verilib.
 
Onlar dövlətə xəyanət etməkdə təqsirləndirilir. (report) /

Google+ WhatsApp ok.ru