Natiq Cəfərli barəsində 4 ay həbs qətimkan tədbiri seçildi

Natiq Cəfərli barəsində 4 ay həbs qətimkan tədbiri seçildi

Maide.Az azadliq.org-a istinadən xəbər verir ki, Bakının Nəsimi rayon məhkəməsinə aparılan Natiq Cəfərli barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.

Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: "Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi aöır cinayətlə bağlı ittihamlardan xəbər verir", vəkil deyir.

Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.

Qeyd edək ki,iqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O,2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər. REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb./

Google+ WhatsApp ok.ru