Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verilib

Natiq Cəfərlinin həbsi barədə qərardan apellyasiya şikayəti verilib

 
REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
 
Bu barədə APA-ya Natiq Cəfərlinin vəkili vəkil Cavad Cavadlı bildirib. Şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub.
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir. /

Google+ WhatsApp ok.ru