Natiq Kərimovun ev dustaqlığının müddəti uzadılıb 13 İyul 2016 01:00 Hüquq Natiq Kərimovun barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Ötən gün Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. "Report"un əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində seçilmiş ev dustaqlığı üç ay müddətinə artırılıb. N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Teqlər : #Natiq Kərimovun ev dustaqlığının müddəti uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsi keçirilib Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi başlayır