Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq bitib

Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq bitib

Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
APA yazır ki, bu gün ona yekun ittiham elan edilib. Sabahdan N. Kərimov vəkili ilə birlikdə cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.
 
 
N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.(meydantv)
 

Google+ WhatsApp ok.ru