Nazirlər Kabinetinin səlahiyyəti əlindən alındı

İndiyədək Nazirlər Kabinetinin səlahiyyətindəki idxalda əlavə dəyər vergisindən (ƏDV) azadolmaları artıq Vergi Məcəlləsi tənzimləyəcək.
 
İqtisadçı ekspert Qalib Toğrul deyir ki, bu dəyişikliyədək ehtiyac yaranarkən, hər hansı idxal məhsulunu Nazirlər Kabineti ƏDV-dən azad edə bilirdi: «Bu səlahiyyəti Nazirlər Kabinetinə verən Vergi Məcəlləsinin 164.2-ci maddəsi 2016-ciı il yanvarın 1-dən qüvvədən düşəcək... Parlamentdə müzakirədən və prezident təsdiqləyəndən sonra həmin dəyişiklik Məcəlləyə salınaraq qüvvəyə minəcək».
 
İdxalda ƏDV-dən azadolmalar sözügedən dəyişikliyədək, əsasən, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31 yanvar 2005-ci il tarixli Qərarı ilə tənzimlənirdi. Ehtiyac doğduqca həmin qərara indiyədək xeyli dəyişiklik edilmişdi. Qərar qüvvədə qalsa da, indən belə Nazirlər Kabineti ona hər hansı dəyişiklik etmək səlahiyyətində deyil.

Google+ WhatsApp ok.ru