Neft büdcədə 25 dollardan götürülsə…

Məhəmməd Talıblı: «Neftdən daxilolmaların azalması xərclərin bəzi istiqamətlərinin ixtisara salınmasını zəruri edir»

2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin layihəsi dövlət başçısı Ilham Əliyevə təqdim olunub. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
 
Nazir xatırladıb ki, yenilənmiş dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb:ÿ”Məlum olduğu kimi, bu ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 50 dollardan götürülmüşdü.ÿLakin xam neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəbə oldu. Məhz buna görə, yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barelinin baza qiyməti 25 dollardan hesablanıb”.
 
Onu da vurğulamaq yerinə düşər ki, 2015-ci ildə bu ilin büdcəsi qəbul olunan zaman neftin qiyməti 50 dollardan götürülmüşdü. Bu qiymət dövlət büdcəsinə 6 milyard vəsaitin gəlməsini təmin edəcəkdi. Amma neftin büdcədəki qiymətinin 2 dəfə aşağı salınması da gözlənilən gəlirlərin aşağı düşməsi deməkdir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bu ilin büdcəsi ilin əvvəlində daha 2 milyard artırılmışdı. Bu isə büdcə öhdəliyinin yetirilməsi üçün daha çox vəsaitin cəlbini vacib edir.
 
İqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, baş verən bu dəyişiklik əvvəlki illərdə heç zaman təkrarlanmayıb. M.Talıblının sözlərinə görə, bu vəziyyət son illərdə yeganə presedent haldır. Yəni iki ay ərzində büdcə ilə bağlı sürətli dəyişikliklər edilir: “Bildiyimiz kimi bu il üçün neftin bir bareli əlli dollarla götürülmüşdü. Sonra devalvasiyadan sonra dövlət büdcəsinə Neft Fondunun dollarla olan aktivlərinin transferti büdcəyə əlavə 3 milyard manat daha artıq vəsaitin daxilolmasına gətirmişdi. Indi isə dünyada neftin indiki qiymət artımı neftin büdcədə proqnoz qiymətlərinə yenidən baxmanı zəruri etdi. Yəni, bu o deməkdir ki, biz dövlət büdcəsində 50 dollarla hesabladığımız neftin qiymətini 25 dollarla hesablamaqla gəlirlərimizi iki dəfə daha az vəsaitin daxilolmasını təmin etməliyik. Bu isə o deməkdir ki, dövlət büdcəsinin gəlirlər hissəsində yalnız neft sektorundan daxilolmaların azalması xərclərimizin bəzi istiqamətlərini ixtisara salmağımızı zəruri edir”.
 
M.Talıblının sözlərinə görə, yəni, ixtisara salınan bəzi xərclərdən də yenə nələrisə kəsməliyik. M.Talıblının fikrincə, bu yaxud borclanmanını maksimum səviyyədə götürülməsinə də gətirib çıxara bilər: “Neftin bu qiymətdən götürülməsi sosial sferada bu artımları da mümkünsüz edir. Yəni, bu sahədə gözlənilən sosial sferadakı artımlar üçün vəsait olmayacaq. Dövlət investisiyalarının icrasında problemlər yaşanacaq, dövlət sifarişləri azalacaq. Eyni zamanda iri tikinti layihələrinin icrasında maliyyə çatışmamazlığı hiss olunacaq. Bu da biznesin gəlirlərinin azalması və məşğul əhalinin iş yerlərinin itirilməsi ilə müşahidə olunacaq. Bu təkcə dövlət büdcəsi risklərini böyütməyəcək, həm də digər sahələrdə maliyyə çatışmazlığı risklərini ortaya çıxaracaq”.

Google+ WhatsApp ok.ru