Nemət Kərimli: `Tofiq Yaqublu ilə bağlı Avropa Məhkəməsinin qərarı qüvvəyə minməlidir`

"Tofiq Yaqublunun işində həm ölkə daxilində, həm də Avropa Məhkəməsində aparılan işlər davam etdirilir. Fevral ayının 5-də Avropa Məhkəməsinin qərarı qüvvəyə minməlidir". Bunları Tofiq Yaqublunun işi ilə bağlı Deyerler.org-a məlumat verərkən vəkili Nemət Kərimli deyib.
 
O qeyd edib ki, Tofiq Yaqublunun səhhəti ilə bağlı narahatlıq yoxdur: "Avropa Məhkəməsinin qərarı Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) tələblərinin pozulması ilə bağlı verilən qərar qüvvəyə minir.  Azərbaycanda Tofiq Yaqublunun işi Şəki Apellyasiya Məhkəməsindədir. Şəki Apellyasiya Məhkəməsi də işə baxmaq üçün müəyyən vaxt götürmüşdü. Amma məhkəmə iclasının keçirilməsi ilə bağlı artıq vaxt təyin edildi. Məhkəmə iclası fevral ayının 25-nə təyin edilib. Məhkəmə iclasından sonra proseslərə davam edəcəyik. Tofiq Yaqublu səhhəti ilə bağlı narahatlıq hiss etmir."

Google+ WhatsApp ok.ru