İnfarkt riskini artıran 7 səbəb

Dünyada  infarktdan ölənlərin  sayı hər gün artmaqdadır, belə olduqda  infarkt  riskini artıran səbəbləri tanımaq  önəm daşıyır. 
Maide.az beynəlxalq KİV-lərə istinadən həmin səbəbləri  təqdim edir: 
 
Əsəbləşmək
Siz ən kiçik bir şeylərə əsəbləşəndə  bu sizdə infarkt  riskini artırır.  Avstraliya Universitetinin  alimləri 313 xəstənin üzərində apardığı araşdırmaların nəticəsini açıqlayıb. Nəticə göstərir ki,  infarkt  keçirən xəstələr əsəbləşəndən sonra  2 saat ərzində  8.5 dəfə daha çox infarkt  riski ilə üzləşir.
 
Teelviziya və ya kompüter monitoru arxasında oturmaq
London Universitetinin  araşdırması göstərir ki,  kompüter  və ya televiziya  ekranı qarşısında  4 saatdan  çox oturan şəxs  125 dəfə  daha çox  infrakt riski ilə üzləşir. 
Hər 20 dəqiqədən  bir  qısa müddətli piyada gəzmək bu riski qismən azaldır. 
 
Gecə  6 saatdan  az yatmaq 
Böyüklərə məsləhət görülür ki, hər gecə 7-8  saat yatsın. Az yatmaq  uzun müddətdə  ölümə səbəb olur. Skandinavian Səhiyyə Nazirliyinin  araşdırmasına görə, Yaponiyalı kişilər hər gecə 6 saatdan az yatdıqları üçün hər gecə 7-8  saat yatan kişilərdən 5 dəfə daha çox infarkt riski ilə üzləşirlər. Belə bir araşdırma qadınlar üzərində də aparılıb və nəticə eynidir. 
 
Çirkli havada yaşamaq
Havanın  çirkli olması sizin ağciyərinizə ziyanı olduğu qədər, ürəyinizə də ziyanlıdır. Amerikanın  Boston Universitetinin araşdırmasına  görə, çirkli hava şəraitində  yaşamaq  48  faiz infarkt riskini  artırır. 
 
Boşanmaq
ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən Dyuk Universitetinin Tibb Məktəbinin tədqiqatçıları  18  il ərzində 16 min  45-80 yaşlı ən  az bir dəfə evlənən kişi və qadın üzərində araşdırma aparıb. Araşdırma zamanı  hər iki ildən bir bu insanların  evlilik və sağlamlıq durumu yoxlanılıb.  Araşdırmanın  nəticəsi olaraq məluma olub ki,  boşanmış qadınlar 25  faiz  daha çox  infarkt olur.  İki  dəfə evlənib boşanan qadınlar 77  faiz  daha çox infarkt  riski ilə üzləşir. Bir dəfə boşanan kişilərlə  bağlı bu  tədqiqatın nəticəsi qadınlarla eynidir, iki və ya daha çox boşananlarda isə bu risk 30  faiz təşkil edir. 
 
Saatın qabağa və geri çəkilməsi
Miçiqan tədqiqat universitetinin məlumatına görə, bahar və payız fəslinin əvvəlində saatın irəli və geri çəkilməsi nəticsəində  yatma və oyanmada  yuxu  pozğunluğu  infarkt riskini  artırır. 
 
Kəskin soyuq və kəskin isti tempuraturada yaşamaq  
İngiltərə alimlərinin  araşdırmasının nəticəsinə görə,  kəskin soyuq hava və çox isti hava  infarkt riskini artırır. Tədqiqatçılar bildirir ki, havanın temperaturunun iki gün davamlı -8.3  dərəcəyə düşməsi infarkt qurbanı olma ehtimalını 36  faiz artırır.
Digər tərəfdən tədqiqatçılar  bildirir ki,  havanın temperaturunun  20  dəcəyə qədər yüksəlməsi infarkt riskini 2 faiz artırır. / 
 
 

Google+ WhatsApp ok.ru