​GÖRÜNÜR, VƏZİYYƏT QORXUNCDUR…

«Bizim Yol» qəzetində doğuşda ana ölümlərinə aid geniş bir yazı dərc edilib. «Son illərdə doğuşda yüzlərlə ana həyatını itirib» adlı yazıda bu problemlə bağlı bir sıra rəqəmlər təqdim edilir.
 
Yazıda qeyd edilir ki, bu sahədə yerli rəsmi rəqəmlər ilə beynəlxalq qurumların rəqəmləri arasında kəskin fərq var: «Səhiyyə Nazirliyi Doğuşa Yardım Komissiyası 2015-ci ildə doğuş zamanı 23 ananın öldüyünü, Ümumdünya Səhiyyə Təşkilatı isə bu rəqəmin 48 olduğunu bildirir».
 
Daha sonra ayrı-ayrı illərə aid statistik rəqəmlər sadalanır. Məqalədə deyilir ki, təkcə 2014-cü ildə ana və uşaq ölümləri ilə bağlı 42 nəfər tibb personalına inzibati cəza verilib, 13 həkim isə işdən azad edilib. 
 
Yazıda qeyd edilir ki, tibbi komissiyalar bu ölümləri daha çox ananın səhhətindəki problemlərlə əlaqələndirmək istəyir: «Cəzalanan həkimlərin sayına baxılsa, hadisələrin yarıdan çoxu həkim və mama-ginekoloqların səhlənkarlığı üzündən baş verir».
 
Araşdırmada uşaq ölümləri ilə bağlı bir məqama da toxunulur: «Statistika Komitəsinin saytında yeni doğulan körpələrin statistikası aparılmır. Görünür, bu sahədə vəziyyət o qədər qorxuncdur ki, bunu etiraf etməyə çəkinirlər»./

Google+ WhatsApp ok.ru